Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Omanla əldə edilməsi gözlənilən razılaşma Hörmüz boğazının açılması demək deyil.
“Cebheinfo.az”-ın məlumatına görə, Əraqçi “Əl-Ərəbi Əl-Cədid”ə verdiyi müsahibəsində belə deyib.
O bildirib ki, bazar ertəsi Omanda keçiriləcək görüşün gündəliyinə Hörmüz boğazında yeni dəniz marşrutunun müzakirəsi də daxil olacaq.
“Omanla müqavilə və yeni marşrutun xəritələri barədə ətraflı məlumatı iştirakçı ölkələrə təqdim edəcəyik”, - deyə iranlı nazir əlavə edib.
Onun sözlərinə görə, Oman Sultanlığı ilə bağlanan razılaşma heç bir şəkildə Hörmüz boğazının açılması anlamına gəlmir:
“İranın boğazı açmaq üçün şərti ABŞ-nin İslamabad Memorandumuna əsasən öhdəliklərinə qayıtmasından ibarətdir”.
Nazir qeyd edib ki, Tehran regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsuliyyətinin yalnız bölgə ölkələrinin üzərinə düşdüyünə inanır.
“Ümid edirik ki, bu danışıqlar region ölkələri üçün narahatlıq doğuran məsələlərə dair gələcək məsləhətləşmələrə yol açacaq”, - deyə Əraqçi bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin