Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la cümə gününə planlaşdırılan danışıqların ləğv edilməsi barədə yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə iranlı nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“İranın nüvə proqramı üzrə ABŞ-la danışıqlar cümə günü, təxminən saat 10:00-da Maskatda planlaşdırılıb. Bütün zəruri tədbirlərin görülməsi üçün omanlı qardaşlarımıza minnətdaram”, — deyə Əraqçi qeyd edib.
Qeyd edək ki, daha əvvəl Axios portalının jurnalisti Barak Ravid bildirmişdi ki, fevralın 6-na planlaşdırılan ABŞ–İran danışıqları ləğv olunub.
Bizim.Media