Icma.az bildirir, Ayna portalına istinadən.
“Vaşinqtonun iqtisadi terrorizmi qlobal iqtisadiyyata və dünya ölkələrinin suverenliyinə təhlükə yaradır”
“ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən İrana qarşı sarsıdıcı iqtisadi əməliyyat Ağ Evin diqqəti ABŞ daxilindəki böhrandan yayındırmaq cəhdidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial media platformasında yazıb.
Nazir qeyd edib ki, "Sözdə iqtisadi “D” günü diqqəti ABŞ-ın öz böhranından, misli görünməmiş borc və sürətlə artan faiz xərclərindən yayındırmaq cəhdidir".
Əraqçi bildirib ki, ABŞ administrasiyasının uğursuz siyasətinin gücləndirilməsi yalnız daha çox məğlubiyyətə və iranlıların daha da düşmənçiliyinə səbəb olacaq.
O, Vaşinqtonun "iqtisadi terrorizminin" qlobal iqtisadiyyata və dünya ölkələrinin suverenliyinə təhlükə yaratdığını vurğulayıb.