Icma.az bildirir, Bizimyol portalına istinadən.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa ilə telefon danışığı zamanı İranın gərginliyin artmasında maraqlı olmadığını, lakin ölkəsinə dəyən bütün zərərin tam şəkildə kompensasiya edilməsinin vacibliyini vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, Əraqçi telefon danışığı ilə bağlı açıqlamasında bildirib ki, Sıbiqa İran gəmisinə edilən hücumun qəsdən həyata keçirilmədiyini və Ukraynanın gərginliyi artırmaq niyyətində olmadığını qeyd edib.
İranlı nazir isə öz növbəsində Tehranın da vəziyyətin daha da gərginləşməsini istəmədiyini bildirib.
"Bununla belə, vətəndaşlarımıza və ya maraqlarımıza qarşı istənilən hücum qəbuledilməzdir. Baş vermiş bütün zərər və itkilər tam həcmdə ödənilməlidir", – deyə Əraqçi vurğulayıb.
Bizimyol.info