Əraqçı Xameneinin Putinə mesajı barədə danışdı

17.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İranın Ali Lideri Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə müraciəti dünyada baş verən son hadisələrə, eləcə də Moskva ilə Tehran arasında münasibətlərin inkişafına həsr olunub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı Rusiyaya səfərindən sonra jurnalistlərə bildirib.

"Bu mesaj son mühüm dünya hadisələrini, regionda baş verən olayları, eləcə də ikitərəfli münasibətlərə dair məsələləri əhatə edir", - deyə o mesajın məzmunu ilə bağlı sualı cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью