Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi özünün "X" hesabında yazıb. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 22-də Davos İqtisadi Forumunda İran hökumətinə qarşı tənqidi fikirlərinə, ölkənin daxili işlərinə xarici müdaxilə çağırışına öz münasibətini bildirib:
"Ukrayna ilə müqayisədə İran öz təhlükəsizliyini müstəqil surətdə qoruya bilir, xarici yardıma ehtiyac duymur".
Tramp: "İranla danışmağa hazıram"
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, son günlərdə hökumət tərəfindən ən azı 12 min nəfər aksiya iştirakçısı qətlə yetirilib: "Bu, ölkənin müasir tarixində ən böyük qırğındır". ABŞ Prezidenti Donald Tramp həmin günlərdə aksiya iştirakçıları qətlə yetiriləcəyi təqdirdə İrana zərbə endirəcəyini vurğulayıb.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. "Ukrayna ilə müqayisədə İran öz təhlükəsizliyini müstəqil surətdə qoruya bilir, xarici yardıma ehtiyac duymur".