Əraqçidən ABŞ və İsrailə İTTİHAM

23.04.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Fars körfəzi bölgəsində və Hörmüz boğazında sabitsizliyin əsas səbəbi ABŞ və İsrailin “aqressiv addımları”dır.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri Tehranda Cənubi Koreyanın xüsusi nümayəndəsi Çan Ben Ha ilə görüşü zamanı səsləndirib.
Əraqçinin sözlərinə görə, İran öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün beynəlxalq hüquqa uyğun addımlar atıb.
“Nəticələrə görə məsuliyyət aqressorlara aiddir”, - deyə nazir vurğulayıb.
Bundan başqa, Abbas Əraqçi ölkələri bu hücumları qınamaq üçün aydın və qəti mövqe sərgiləməyə çağırıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью