Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
ABŞ ilə nüvə danışıqlarının cümə günü, saat 10:00 radələrində Məsqətdə keçirilməsi planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu iranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında yazıb.
"Omanlı qardaşlarımıza bütün lazımi tədbirləri gördüklərinə görə minnətdaram", - deyə o qeyd edib.
Bir müddət əvvəl Axios Amerika rəsmilərinə istinadən İran-ABŞ danışıqlarının cümə günü üçün ləğv edildiyini bildirmişdi.