Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən və eyni zamanda nüvə silahı əldə etməməsini nəzərdə tutan razılaşmaya hazır olduqlarını bir daha bəyan edib.
Turkustan.az xəbər verir ki, Əraqçi bu fikirləri ABŞ prezidenti Donald Trampın mümkün razılaşma ilə bağlı mesajına cavab olaraq ABŞ-da yerləşən “X” sosial şəbəkə hesabında paylaşıb.
Nazir bildirib ki, İran hər zaman qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabər nüvə sazişini dəstəkləyib. Onun sözlərinə görə, belə bir razılaşma təzyiq, təhdid və qorxutma olmadan qurulmalı, İranın dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin etməli və ölkənin nüvə silahı əldə etməməsinə zəmanət verməlidir.
Aytən Yaşar/ Turkusan.az