Əraqçidən Trampla bağlı gözlənilməz açıqlama

02.03.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Diplomatiyanı məhv etmək missiyasını daşıyanlar uğur qazandılar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “ABC News” telekanalına müsahibəsində deyib.

Əraqçi bildirib ki, tərəflər arasında razılaşma əldə olunması real idi və Cenevrədə keçirilən görüşdən yekun sənədin növbəti mərhələdə imzalanacağına dair anlayışla ayrılıblar.

Nazirin sözlərinə görə, lakin diplomatik prosesi pozmaq istəyən qüvvələr buna imkan verməyib. O iddia edib ki, nəticədə danışıqlar masasını bombalamaq əmri ABŞ Prezidenti Donald Trump tərəfindən verilib.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью