Əraqçidən Zelenskiyə sərt cavab: Klounlardan bezmişik!

23.01.2026

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosdakı çıxışına sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial media hesabında yazıb.

Nazir Zelenskini ABŞ və Avropa vergi ödəyicilərinin vəsaitlərini korrupsioner generalların ciblərini doldurmaq üçün xərcləməkdə ittiham edib.

O, Ukrayna prezidentinin BMT Nizamnaməsini pozaraq ABŞ-ı İrana hərbi müdaxiləyə çağırdığını deyib.

“Cənab Zelenski, dünya çaşqın klounlardan bezib. Xaricdən asılı və muzdlu ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi çox yaxşı bilirik və xaricilərdən kömək istəməyə ehtiyacımız yoxdur”, – deyə Əraqçi vurğulayıb.

Xatırladaq ki, Ukrayna lideri Davosda çıxışı zamanı dünyanın İran xalqına lazımi köməyi göstərmədiyini bildirib.

“İranda etirazçılar qana boğuldular. Dünya İran xalqına kifayət qədər kömək etmədi, kənarda qaldı. Avropada Milad bayramı və Yeni il şənlikləri keçirilirdi. Avropalı siyasətçilər iş başına qayıdana və mövqe ortaya qoyana qədər ayətullah artıq minlərlə insanı öldürmüşdü. İrandakı rejim qalsa, bu dünyaya bir mesaj olacaq: çoxlu insan öldür və hakimiyyətdə qal”, – Zelenski qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью