Əraqçinin ABŞ a səfəri viza probleminə görə baş tutmayacaq

25.05.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.


İran xarici işlər naziri Abbas Əraqçinin Nyu-Yorka səfəri baş tutmayacaq.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə bildirib.
O qeyd edib ki, viza problemi yarandığı üçün səfər ləğv edilib.
Qeyd edək ki, Əraqçi Çinin BMT Təhlükəsizlik Şurasına dövri sədrliyi çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə dair xarici işlər nazirlərinin xüsusi iclasına dəvət olunmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью