“Əraqçiyə ölüm” İranda başlayan aksiyalardan GÖRÜNTÜLƏR VİDEO

14.06.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda bəzi media orqanları ABŞ ilə razılaşma imzalanmasına qarşı bir qrup hökumət tərəfdarının etiraz aksiyası keçirməsinin görüntülərini yayıb.

Turkustan.az bildirir ki, Tehrandakı İbn Sina meydanında keçirilən aksiyada xarici işlər naziri Abbas Əraqçi və parlament spikeri Məhəmməd Qalibaf əleyhinə şüarlar səsləndirilib.

Onlara qarşı “Qalibaf, Əraqçi istefa, istefa”, “Qalibaf, Əraqçi bəs mənim liderimin qanı nə olacaq?” şüarları səsləndirilib.

Etirazların təkcə Tehran yox, Məşhəd şəhərində keçirildiyinə dair görüntülər də yayılıb. Burada “Əraqçiyə ölüm”, “Şərəfsiz kompromisçi” şüarları səsləndirilib.

Qeyd edək ki, ABŞ və Pakistan İranla qarşılıqlı anlayış haqqında memorandumu iyunun 14-də imzalanacağını açıqlayıb. İran XİN isə bunun iyunun 14-də olmayacağını bildirib. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью