Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın xarici işlər naziri Abbas Əraqçinin impiçmenti ilə bağlı qanun layihəsi ölkə parlamentində qeydiyyata alınıb.
“Bakupost” xəbər verir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmməd Rəşidi məlumat verib.
O bildirib ki, parlament üzvlərindən biri impiçment qanun layihəsini qeydiyyata alıb, lakin sənəd hələlik parlamentin rəyasət heyətinə təqdim edilməyib.
Qeyd edək ki, Əraqçi BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı vasitəçilər vasitəsilə Amerika tərəfi ilə icazəsiz danışıqlar aparmaqda ittiham olunur.
Rüfət Sultan,
BakuPost