Ərarvad arasında qazan və bıçaqla dava VİDEO

10.01.2025

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ər-arvad arasında qazan və bıçaqla dava - VİDEO

Saat 10:00 radələrində Bursanın İnegöl mahalının Huzur Məhəlləsində yerləşən evdə maraqlı hadisə yaşanıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ər və arvad arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisə qısa zamanda davaya çevrilib və qəzəbli qadın mətbəxdən götürdüyü bıçaqla ərinə hücum edib.

Başından və qolundan xəsarət alan kişi mətbəxdən tapdığı qazanla arvadının başına vurub.

Polis qruplarının xəbər alması üzərinə hadisə yerinə sövq edildikdən sonra cütlük onların müdaxiləsi ilə ayrılıb.

Yaralı cütlük təcili yardımla İnegöl Dövlət Xəstəxanasına aparılıb. Müalicələri başa çatdıqdan sonra xəstəxanadan buraxılan ər və arvad oradan çıxarkən yenidən mübahisə etməyə başlayıblar.

Polis qrupları cütlüyü yenidən sakitləşdirərək ifadələrini almaq üçün polis bölməsinə aparıblar.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью