GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, daha sonra isə sülhə nail olduq”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“Ermənistanla sülh mövzusuna və ondan əvvəlki 30 illik münaqişə dövrünə qayıdaraq demək istərdim ki, ölkə və xalq olaraq biz çox ağır dövrlər yaşamışıq.
Ərazilərimizi itirmişik, bir milyon insan evsiz və məcburi köçkün vəziyyətinə düşmüşdü. Lakin biz ümidimizi itirmədik.
Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etmək iradəmizi itirmədik. Bu, 30 ilimizi aldı.
Yəni 30 il əvvəl, 20 il əvvəl, 10 il əvvəl və indi beynəlxalq institutların davranışı dəyişmədi. Dəyişən biz olduq.
Biz problemlərimizi kimsənin gəlib bizim yerimizə həll edəcəyinə inanmağı dayandırdıq.