Ərazi Tikinti Planlaşdırma Mərkəzi auditor seçib

04.03.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Abacus Audit And Consulting" MMC-dir.

Qalib şirkətə 5 850 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi "SR Audit Solutions" MMC olub. Şirkətə 5 min manat ödənilib.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью