Ərazilərimizin çirkləndirilməsi bərpa işlərimizə maneə törədir XİN

24.02.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Azərbaycanın ərazilərinin minalardan və digər partlayıcı qurğulardan ibarət olan böyük miqdarda çirkləndirilməsi bizim bərpa işlərimizin uğurla davam etdirilməsi üçün əhəmiyyətli maneə olaraq qalır”.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyana cavabında bildirib.
“2020-ci ildə münaqişənin bitməsindən sonra mülki şəxslər daxil olmaqla 400-ə qədər azərbaycanlı minaların qurbanı olub. Humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin artırılmasına, minaların insan hüquqlarının təminatına mənfi təsirinin aradan qaldırılmasına, mina qurbanlarının reabilitasiyasına dəstək göstərilməsi çağırışımızı bir daha təkrar edirik”, - XİN rəsmisi qeyd edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью