Ərazisinin böyük hissəsi dağlıq olan ÖLKƏLƏR SİYAHI

29.11.2024

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ən çox dağlıq ərazilərə malik ölkələrin siyahısı açıqlanıb.

Sfera.az xəbər verir ki, bu barədə “RankingRoyals” saytı reytinq tərtib edib. 

Birinci yeri ərazisinin 98,8%-i dağlıq olan Butan tutur. İkinci yerdə 91,9 faizlə Tacikistan gəlir, Qırğızıstan isə 90,7% ilə üçüncü yerdədir. Onlardan sonra 90,5% ilə Lesoto və 89,3% ilə Monteneqro gəlir.


Ermənistan 85,9% dağlıq ərazi ilə reytinqdə altıncı yeri tutub. Yeddinci yerdə Şimali Makedoniya (85.5%), səkkizdə İsveçrə (83.6%) qərarlaşıb. Siyahının son iki yerini 81.1 faizlə Livan və 80.7 faizlə Nepal tutub.

Firuzə Əliyeva


 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью