Ərbakan Özəlin “Yeni” partiyası ilə ittifaq yaradır?

22.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Yenidən Rifah Partiyasının lideri Fatih Ərbakan qatıldığı “YouTube” proqramında cari məsələlərlə bağlı açıqlamalar verib.

“Cebheinfo.az” xəbər verir ki, partiyasının səs payı və mümkün ittifaqlar haqqında danışan Ərbakan “Cümhur İttifaqı” sayəsində səs topladıqları barədə tənqidlərə cavab verib.

“Cümhur İttifaqı”nda olarkən partiyasının 2,89 faiz səs qazandığını xatırladan Ərbakan yerli seçkilərdə hakim koalisiyadan kənarda iştirak etdikdə səs paylarının artdığını bildirib: 

““Cümhur İttifaqı”nda olduğumuz üçün səs qazandığımızı demək tamamilə doğru deyil. Burada  olarkən 2,89 faiz səs əldə etdik. Yerli seçkilərdə “Cümhur İttifaqı”ndan kənarda olsaq da, 7 faiz səs qazandıq. Ona görə də ittifaqdan kənarda olduğumuz zaman səslərimiz iki qatdan çox artıb”. 

Ərbakan keçmişdə “Cümhur İttifaqı”nda iştiraklarının o dövrün şərtləri nəzərə alınmaqla düzgün qərar olduğunu, lakin bu gün eyni nöqtədə olmadıqlarını deyib.

Mümkün yeni ittifaq ssenarilərinə toxunan Ərbakan CHP-nin daxil olduğu heç bir ittifaqda olmayacağını bildirib: 

“Biz heç vaxt CHP-nin rəhbərlik etdiyi ittifaqda olmamışıq. İndi CHP bir deyil, ikidir. Düşünmürəm ki, bu da uyğun olar. Düşünürəm ki, seçkilərə təkbaşına qatılmağımız doğru olardı".

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью