Ərbakan sıra Türkiyəyə gələcək dedi, İrana işarə etdi 23 il sonra reallaşır?

31.01.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın İranla bağlı xəbərdarlığı ABŞ-ın bu ölkəyə hücumu haqda yayılan məlumatlar fonunda yenidən gündəmə gəlib. Ərbakan 2003-cü ildə verdiyi açıqlamada xarici qüvvələrin İranı hədəfə almasından sonra sıranın Türkiyəyə gələcəyini söyləyib.

O, Əfqanıstan, Suriya və İraqla yanaşı Türkiyə üçün planın hazırlandığını vurğulayıb. Hətta əsas hədəfin məhz Türkiyə olduğunu, bunun arxasında isə İsrailin dayandığını qeyd edib.

Ərbakan “sıra Türkiyəyə gələcək” deyəndə nəyi nəzərdə tutur?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Ərbakanın zamanında dediyi fikirlər gələcək dövr üçün nəzərdə tutulmuşdu:

“Amma burada incə bir detal var. Onun zamanındakı Türkiyə Cümhuriyyəti ilə indiki cümhuriyyət arasında ciddi fərq var. Türkiyə hazırda bölgənin söz sahiblərindən biridir. Dünyanın ən müxtəlif yerlərində baş verən münaqişələrdə vasitəçi gözündə baxılan əsas ölkələrdən sayılır. Elə Ukrayna nümunəsini xatırlatmaq kifayət edər. Dünyanın əsas supergücləri sayılan Rusiya və ABŞ da Ərbakanın vaxtındakı gözlə Ankaraya baxmırlar. Doğrudur, İrana hücum olacağı təqdirdə, gözlər Türkiyəyə də çevriləcək. Amma Ərbakanın zamanındakı NATO Türkiyəsi ilə indiki eynidirmi? Qardaş ölkə hazırda hərbi sənayesi ilə dünyada adından söz etdirir. Gücü əvvəlkindən qat-qat yuxarıdır.


Cavanşir Abbaslı

Bir sözlə, Türkiyə “asanlıqla udulacaq körpə balıq” deyil. Bunu iri güclər də yaxşı anlayır. Bir detalı da unutmayaq. Ukrayna savaşını bitirmək üçün Amerika və Rusiyanın görüş məkanı kimi seçdikləri şəhərlər sırasında öndə olanlardan biri hansıdır? Əlbəttə, İstanbul. Yəni Türkiyənin vurulmasını hazırda nə Amerika, nə də Rusiya istəyər. Ümumiyyətlə, İranın da vurulacağını düşünmürəm. Proses bu formada səngiməyə doğru gedəcək. Niyyət İranı daxildən xalqın əli ilə vurmaq idi. Ona da nail olunmadı. Xarici əlin isə vuracağı real görünmür. Proses sadəcə boş-boş açıqlamalar və vədlərdən uzağa getməyəcək”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью