Erbil: Bütün proqram boyu ağladıq

26.06.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli tanınmış şoumen Mehmet Ali Erbil qatıldığı proqramda illər əvvəl "Çarkıfelek" verilişində yaşadığı və hələ də unuda bilmədiyi hadisədən danışarkən göz yaşlarını saxlaya bilməyib.

"Cebheinfo.az" xəbər verir ki, "Çarkıfelek" verilişinə bir vaxtlar mədənçi geyimində qatılan gənc iştirakçı və onun ailəsi ilə yaşadığı duyğusal anları xatırlayan Erbil yenidən kövrəlib.

O bildirib ki, mədəndən çıxaraq birbaşa yarışmaya gələn 19 yaşlı gəncin həm universitetdə təhsil aldığını, həm də ailəsini dolandırmaq üçün mədəndə çalışdığını öyrənib:

"Bir oğlan vardı, üstü-başı kömürdən qaralmışdı, mədəndən gəlmişdi. Cəmi 19 yaşı var idi. Həm universitetdə oxuyurdu, həm mədəndə işləyirdi, həm də ailəsinə baxırdı. Ailəsi ilə söhbət etdik. Maşın qazanmaq üçün yarışırdılar. Mən avtomobili dərhal ona verdim. Düşündüm ki, onu gördükdən sonra verməmək olarmı?"

Erbil iştirakçının anası ilə aralarında keçən dialoqu da unuda bilmədiyini deyib:

"Anası ilə qarşılıqlı şəkildə ağladıq. Sonra mənə dedi ki, siz ağlamayın, mən sevincdən ağlayıram. Şükür Allaha, oğlumu oxutduracağam. Daha sonra onları çox düşündüm. Görəsən, nə oldu? Maşını aldılar. O gənc təhsilini başa vura bildimi? Hələ də mədəndə işləyirmi? Bütün proqram boyu orada ağladıq".

Əfsanə
"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью