Ərdəbildə minlərlə sinif otağı çatışmır

30.05.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Ərdəbil əyalətində təhsil sahəsinin şagirbaşına 6,1 kvadratmetrə çatdırılması üçün qarşıdakı 3 il ərzində 3228 sinif otağı inşa edilməlidir.

Gunaz.tv

Bunu əyalət valiliyinin rəsmisi Fərhad Sübhani deyib.

O, qarşıdakı 2 il müddətində 1105 sinif otağının inşasını planlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, hazırda Ərdəbil əyalətində şagirbaşına düşən təhsil sahəsi 1,8 ilə 2 kvadratmetr arasında olmaqla ölkə üzrə orta göstəricidən də aşağıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью