Ərdoğan: 15 iyul tarixə qızıl hərflərlə yazılmış böyük qələbədir

15.07.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin terror təşkilatı (FETÖ) tərəfindən dövlət çevrilişi cəhdinin qarşısı alındığı 15 iyul 2016-cı il tarixini demokratiyanın böyük qələbəsi adlandırıb.

Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı 15 iyulda qeyd olunan Demokratiya və Milli Birlik Günü münasibətilə “15 iyul: Türk əsrinin müstəqillik bəyannaməsi” adlı məqalə hazırlayıb. O qeyd edib ki, “15 iyul sadəcə xain çevriliş cəhdinin qarşısının alındığı gecə deyil. Bu, tarixə qızıl hərflərlə yazılmış, xalqımızın öz iradəsini, demokratiyasını və müstəqilliyini öz canları bahasına müdafiə etdiyi demokratiyanın böyük qələbəsidir".

Dövlət başçısı xatırladıb ki, tarixin gedişatını dəyişdirən böyük bir xalqın öz müstəqilliyi və gələcəyi uğrunda öz həyatı bahasına mübarizə apardığı o taleyüklü gecədən düz on il ötür. Prezident vurğulayıb: “Həmin gecə nəcib xalqımız vətənimizə qəsd edən imperialistlərə və onların əlaltılarına tarixin ən böyük dərslərindən birini verdi - Milli Azadlıq Mübarizəsi zamanı olduğu kimi”.

Ərdoğan qeyd edib ki, çevriliş cəhdi gecəsi türk xalqı küçələrdə və meydanlarda min il əvvəl Malazgirt döyüşündə vuruşanlarla, eləcə də beş yüz il əvvəl II Sultan Mehmetin arzusunu yerinə yetirən İstanbulun fəthində iştirak edənlərlə eyni qətiyyəti nümayiş etdirib. 

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью