Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün sentyabrın 20-23-də ABŞ-a səfər edəcək.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.
Ərdoğan sentyabrın 22-də “Hamı üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı: Etimadın yenidən qurulması, transformasiyanın idarə edilməsi” mövzusunda keçiriləcək 81-ci Baş Assambleyanın ümumi müzakirələrinin ilk günündə çıxış edəcək.
Səfər çərçivəsində Türkiyə prezidentinin BMT-nin baş katibi, eləcə də müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Ərdoğanın ABŞ-da yaşayan Türkiyə vətəndaşlarının nümayəndələri, türk-amerikan iş dünyası və beyin mərkəzlərinin təmsilçiləri ilə keçiriləcək müxtəlif proqramlarda da iştirakı gözlənilir.