Ayna saytına istinadən Icma.az xəbər verir.
"İsrailin başlatdığı müharibənin hesabını ödəyən tək ölkə İran deyil"
“ABŞ-İsrail münaqişəsinin təsiri qlobal xarakter daşıyır və Türkiyə də daxil olmaqla, dünyanın hər yerində hər kəs bunu hiss edir”. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İnflyasiya baxımından İrandakı hadisələrin yaratdığı qlobal böhranın təsiri ölkəmiz də daxil olmaqla, bütün dünyada hiss olunur. ABŞ da daxil olmaqla, bir çox digər ölkələrdə olduğu kimi, neftin qiyməti də tarixi maksimumlara çatıb. Dizel yanacağının qiymətlərində görünməmiş artım xüsusilə nəzərə çarpır. Görünür, neftin qiymətlərindəki artım Hörmüz boğazındakı problemə həll yolu tapılana qədər davam edəcək", - deyə Ərdoğan qeyd edib.
Regiondakı vəziyyətlə bağlı Ərdoğan qeyd edib ki, "İsrailin başlatdığı müharibənin hesabını təkcə İran və Fars körfəzi ölkələri deyil, həm də bu münaqişədə bu və ya digər şəkildə iştirak edən hər kəs daşıyır".
"Məhz İsrailin yalanları və təxribatları səbəbindən bütün regiona rahatlıq gətirə biləcək İslamabad razılaşmaları pozuldu. Sülhün mümkünlüyünü təhlükə kimi görən bu radikal ideologiya dəyişməyincə, regionumuzdakı böhran səngiməyəcək", - Ərdoğan vurğulayıb.