Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kanada ilə münasibətlər yeni və daha yaxşı mərhələyə qədəm qoyub.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Mark Karni ilə Ankarada keçirdiyi danışıqların yekununda deyib.
Türkiyə Prezidenti Ankara ilə Ottava arasında dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan edib.
“Strateji tərəfdaşlıq sayəsində yaxın vaxtlarda energetika, ticarət, nəqliyyat və müdafiə sənayesi kimi bir çox sahədə yeni layihələr həyata keçirməyi planlaşdırırıq”, – deyə Ərdoğan bildirib.
O, Türkiyə-Kanada əməkdaşlığının dərinləşdirilməsi üçün konkret addımları nəzərdə tutan Fəaliyyət Planının da qəbul edildiyini qeyd edib.
Onun sözlərinə görə, tərəflər ilin sonunadək Azad Ticarət Sazişi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər. Bu saziş ticarət və investisiyaların həcminin artmasını təmin edəcək.