Ərdoğan açıqladı: Qarabağın azad edilməsindən sonra...

21.03.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Qarabağın 30 illik işğaldan sonra azad edilməsi regionda yeni səhifə açdı.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.

O bildirib ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra Türkiyəyə köməyə ilk çatan ölkələrdən biri qardaş Azərbaycan olub.

Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir:

“Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verib”.

Türkiyə lideri qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью