Ərdoğan AFAD Böhran Mərkəzinə gedib məlumat aldı

23.04.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul AFAD böhran mərkəzinə gedərək səlahiyyətlilərdən son vəziyyətlə bağlı məlumatlar alıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.

Qeyd edək ki, bu gün İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ bir çox vilayətdə hiss olunub. Zəlzələ nəticəsində ölən və yaralanan olmayıb.

Böyük yeraltı təkanların ardınca afterşoklar hiss olunmaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью