Anews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Suriyadakı durum barədə danışıblar.Ərdoğan bildirib ki, yeni dövr Suriyanın ərazi bütövlüyü və suverenliyi üçün əhəmiyyətlidir.Türkiyə Suriyanın terrordan xilas olması üçün çalışmağa davam edəcək.Türkiyədəki suriyalıların qayıdışını asanlaşdırmaq məqsədilə lazımlı addımların atılması ölkəsinin prioritetidir.
Liderlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.www.anews.az