Ərdoğan: Ankara və İrəvan münasibətləri tədricən normallaşır

29.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla münasibətlərin tədricən normallaşdığını bəyan edib.

Bakıvaxtı.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Biz Ermənistanla münasibətlərin tədricən normallaşması prosesindən keçirik. Sülhə nail olduqda görəcəyik ki, ölkələrimiz bundan yalnız fayda əldə edir", - Türkiyə Prezidenti vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью