Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
''Fənərbaxça'' Nqolo Kantenin transferində nəhayət, müjdəli xəbəri ictimaiyyətə açıqladı. Hərçənd camiə artıq ümidini itirmişdi. Çünki klubdan verilən rəsmi açıqlamada qarşı tərəfin, yəni ''Əl-İttihad''ın sənədlərdə problem yaratması üzündən keçidin baş tutmadığı qeyd olunmuşdu. Amma İstanbul nəhəngi bu açıqlamanın üzərindən 24 saat ötməmiş yeni bir açıqlama verdi. Orda ''bəzi hekayələr vaxt aparır, amma yarımçıq qalmır. Klubumuza xoş gəldin Nqolo Kante'' ifadələrinə yer verilib. Ünlü fransalı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Bu transferdə mühüm bir detal var. Keçidin baş tutmasında Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın da böyük əməyi olubmuş. ''Fənər''in rəsmi saytında başqan Sadəttin Saranın imzası ilə yeni bir bəyanat yerləşdirilib. Orda həm bu transferə, həm də Türkiyə futboluna töhfə verdiyinə görə Ərdoğana təşəkkür bildirilib. Türkiyə mətbuatının yazdığına inansaq, transfer düyünə düşən gün, yəni fevralın 3-də Ərdoğan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ilə görüşübmüş. Bu transferin daha bir mühüm detalı Yussef Ən-Nəsirinin əks istiqamətdə göndərilməsisi. Mərakeşli forvard ''Əl-İttihad'' ilə ilyarımlıq müqavilə imzalamağa razılıq verib. Kanteyə gəlincə, o, bu gün yerli vaxtla 21.30 İstanbul hava limanına ayaq basacaq. Onu da bildirək ki, ''Əl-İttihad'' Ən-Nəsiriyə görə ''Fənər''ə Kantedən başqa 15 milyon avro ödəyəcək!