Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşdü

11.12.2025

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabada səfəri çərçivəsində Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti "Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu"nda iştirak etmək üçün Aşqabadda səfərdədir. Həmçinin Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü qeyd olunur./Report


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью