Ərdoğan Atatürkün xatirəsini yad edib

11.11.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 86-cı ildönümü münasibətilə ehtiramını bildirib. 

Məlumatı “Anadolu” yayıb. 

Dövlət başçısı sosial şəbəkələrdə müvafiq müraciət dərc edib.

“Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkü vəfatının 86-cı ildönümündə hörmətlə anıram. Malazgirt zamanından bu torpaqları vətənimizə çevirmək yolunda canından keçən şəhidlərimizə, qazilərimizə, qəhrəmanlarımıza Uca Yaradandan rəhmət diləyirəm”, - deyə Türkiyə lideri yazıb.

P.ƏMİRCANOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью