Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək

16.05.2025

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin altıncı sammitində iştirak etmək üçün Albaniyanın paytaxtı Tiranaya gedib. Məlumatı “Anadolu” yayıb. 

Dövlət başçısını Atatürk Beynəlxalq Hava Limanında İstanbul valisi Davud Gül və Ədalət və İnkişaf Partiyasının İstanbul nümayəndəsi Abdullah Özdəmir yola salıblar.

Albaniyaya uçan Türkiyə nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, Ədalət və İnkişaf Partiyasının sədr müavini Halit Yerebakan və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç daxildir.

Prezident Ərdoğan sammitin əsas sessiyasında “Yeni Dünyada Yeni Avropa: Birlik-Əməkdaşlıq-Birgə Fəaliyyət” mövzusunda çıxış edəcək.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью