Ərdoğan Avropanı əməkdaşlığa çağırdı

13.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ərdoğan Avropa İttifaqını Suriyada əməkdaşlığa çağırıb.

 “Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündə Aİ-nı terrora qarşı mübarizədə və Suriyanın yenidən qurulmasında Ankara ilə əməkdaşlıq etməyə çağırıb. 

Prezident Ərdoğan Türkiyənin xarici siyasətində Suriyanın xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

“Suriyada baş verən son hadisələr onu göstərir ki, Türkiyə bu regionda mühüm rol oynayır və Aİ-nı Suriyanın bir dövlət olaraq qurulmasında əməkdaşlıq etməyə çağırırıq,” - deyə Ərdoğan bəyan edib. Görüş zamanı Ərdoğan və Orban Suriya ilə yanaşı, ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. 

Ərdoğan Ankara və Budapeştin ikitərəfli münasibətləri daha da möhkəmləndirmək iradəsinə sahib olduğunu, o cümlədən iki ölkə arasında ticarət həcminin 6 milyard dollara çatdırılması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. 

Ərdoğan, həmçinin 2024-cü il Türk-Macarıstan Mədəniyyət ilinin bağlanış mərasimi münasibətilə Baş nazir Orbanı və onun nümayəndə heyətini qəbul etməkdən məmnunluğunu ifadə edib. O, həmçinin müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığın artırılmasını arzuladıqlarını bildirib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью