Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?

25.11.2024

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında ötən gün baş tutan telefon danışığında Cənubi Qafqaz da müzakirə edilib.

Gununsesi.info Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan Türkiyənin bölgədəki gərginliyə son qoymaq üçün səylərini davam etdirdiyini bildirib.

Türkiyə lideri həmçinin Ankaranın sülh prosesinə töhfə vermək üçün səylərini davam etdirəcəyini də vurğulayıb.

Qeyd edək ki, Türkiyə Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi proseslərinin bir-birinə bağlı olduğunu və Ermənistan-Azərbaycan danışıqlarının müsbət nəticə verəcəyi təqdirdə Ermənistan-Türkiyə sərhədinin açılacağını bir neçə dəfə bəyan edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью