Ərdoğan Azərbaycanla bağlı sənədi imzaladı

05.03.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında “Tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu təsdiq edib.

Gununsesi.info xəbər verir ki, sənəd “Resmi gazete”də dərc olunub.

Memorandum 22 dekabr 2022-ci ildə Ankarada imzalanıb.

Sənəd iki ölkənin tikintidə normativ və qiymətqoyma sahəsində əməkdaşlığını nəzərdə tutur.

Sənədi Azərbaycan tərəfdən Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Türkiyə tərəfdən isə Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum imzalayıb.

Anlaşma Memorandumunun Azərbaycan tərəfdən icrası Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью