Ərdoğan: “Azərbaycanla Ermənistan arasında davamlı sülhün olmasını istəyirik“

03.03.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Türkiyə Cənubi Qafqaz regionunda səylərini artırıb".

Moderator.az "Haber Global" telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesini irəlilədir: "Eyni zamanda, Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəyirik".

R.T.Ərdoğan bildirib ki, Türkiyənin layiq olduğu yeri tutmadığı Avropanın qlobal aktor kimi varlığını davam etdirməsi getdikcə qeyri-mümkün hal alır: "Türkiyəsiz Avropanın təhlükəsizliyini düşünmək mümkün deyil".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью