Ərdoğan Bahçeli ilə görüşəcək

06.05.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə görüşəcək.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kommunikasiyalar Direktoru Fahrettin Altun məlumat verib.

Altun sosial media hesabından paylaşım edərək prezident Ərdoğanın saat 18:00-da MHP sədri Dövlət Baxçalıya baş çəkəcəyini bildirib.

O bildirib ki, səfər Dövlət Baxçalının Ankaradakı iqamətgahında baş tutacaq.

Görüş zamanı regional və qlobal hadisələrin, aktual siyasi məsələlərin müzakirəsi gözlənilir.

Qeyd edək ki, iki lider sonuncu dəfə yanvarın 9-da üz-üzə gəlib.

Gülay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью