Ərdoğan Bakıda Starmerlə görüşdü

12.11.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29-da iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Böyük Britaniyanın Baş naziri Key Starmerlə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş mətbuata qapalı keçirilib.
Görüşdə Türkiyə-Böyük Britaniya arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.
Ərdoğan Ankara ilə London arasında əlaqələrin inkişafı, eləcə də ticarət dövriyyəsinin həcminin artırılması istiqamətində səyləri davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью