Ərdoğan Bakıya gəlir

07.11.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.

Məlumatda bildirilib ki, o,  Bakıda keçiriləcək paradda iştirak edəcək.

Səfər çərçivəsində Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Mərasimdə həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq.

Eyni zamanda, Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə ikitərəfli danışıqlar aparacaq.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью