Ərdoğan BƏƏ yə səfərini Əl Nahayanın xəstəliyi səbəbindən təxirə saldı

15.02.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 fevral üçün planlaşdırılmış Birləşmiş Ərəb Əmirliklərinə səfərini Əmirlik prezidenti Məhəmməd bin Zayid əl-Nahayanın xəstəliyi səbəbindən təxirə salıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Ərdoğan Əl-Nahayanla telefon danışığı zamanı onun sağlamlıq durumuna görə təəssüfünü bildirib və tezliklə sağalmasını arzulayıb. Prezident Ərdoğan səfərin başqa uyğun tarixdə həyata keçiriləcəyini bildirib.

Əvvəlcədən nəzərdə tutulmuş səfər BƏƏ rəhbərliyi ilə regional və ikitərəfli məsələlər üzrə danışıqları əhatə edəcəkdi.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью