Ərdoğan Bərzanini qəbul edib FOTO

07.01.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün İraq Kürd Regional Muxtarliyyətinin Baş naziri Məsrur Bərzanini qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident iqamətgahında baş tutan görüşdə XİN başçısı Hakan Fidan da iştirak edib.

Məlumata görə, qəbulda İraq və Suriyadakı son vəziyyət, PKK-ya qarşı mübarizə və ikitərəfli münasibətlər müzakirə olunub.

Firudin SƏFƏRLİ
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью