Ərdoğan: Bəşər Əsəd Suriyanı qoyub qaçdı

09.12.2024

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bəşər Əsəd geridə 1 milyona yaxın insanın qətlə yetirildiyi Suriyanı qoyub qaçdı”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Dövlət başçısının sözlərinə görə, O, Suriyaya təsir edən güclü dəyişiklik küləyi bütün suriyalılar, xüsusilə mühacirlər üçün faydalı nəticələrə gətirib çıxaracağına inanıb.

Ərdoğan Türkiyədəki suriyalıların könüllü şəkildə ölkələrinə qayıdışının başladığını da vurğulayıb.

“Tıxacın qarşısını almaq və nəqliyyatın hərəkətini asanlaşdırmaq üçün Yayladağı sərhəd keçid mğntəqəsini də açırıq”, - Ərdoğan əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью