Ərdoğan Bəxtiyar Vahabzadənin Azərbaycan Türkiyə şeirini səsləndirib

08.11.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirini səsləndirib.

Gununesi.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatları zamanı deyib.

Ərdoğan adıçəkilən şeirdə iki ölkənin ortaq dəyərlərini və qardaşlıq münasibətlərini vurğulayıb:

“Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə”.

Türkiyə Prezidenti Azərbaycanın şanlı bayrağının səmalarda əbədi olaraq dalğalanmasını arzulayıb.

O, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, Azərbaycan xalqına salam və məhəbbətlərini çatdırıb.

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью