Ərdoğan bəyan etdi: 19 şəhidin nəşi tapılıb

12.11.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan dünən Gürcüstanda baş vermiş təyyarə qəzasında şəhid olan 20 hərbçidən 19-nun cəsədinin tapıldığını, birinin axtarışının davam etdiyini bildirib. Bəlli olduğu kimi Türkiyə Hərbi Hava Qüvvələrinin C-130 təyyarəsi noyabrın 11-də qəzaya uğrayıb. Prezident Ərdoğan təyyarənin qara qutusunun tapıldığını və onun tədqiqinə başlandığı xəbərini təsdiqləyib.
Ərdoğan deyib: "Hadisə barəsində xəbər gələn kimi, milli müdafiə nazirimiz, daxili işlər və xarici işlər nazirləri müvafiq tərəflərlə əlaqə yaratdılar. Dərhal axtarış-xilasetmə əməliyyatları başladıldı. Gürcüstan hakimiyyəti ilə əməkdaşlıq edərək, dərhal pilotsuz uçuş aparatlarımızı axtarışa cəlb etdik. Elə həmin axşam təyyarənin qalıqlarının tapıldığı barədə məlumat alındı".
Hürr Tərcüman

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью