Ərdoğan bəyan etdi:”Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək” KONKRET

10.12.2024

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək, həmçinin vətənlərinə qayıtmaq istəyən ölkə vətəndaşlarına qarşı təxribatları dayandırmaq niyyətindədir.

KONKRET.az TRT Haberə istinadən bildirib ki,  bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Biz bütün siyasi, diplomatik, iqtisadi və hərbi potensialımızla Suriya xalqının azadlığına, yeni Suriya administrasiyasının sabitliyinə və qədim Suriya torpaqlarının bütövlüyü üçün  hər hansı hücuma qarşı birlikdə olacağıq”, – deyə Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, hadisələrdə Türkiyə müşahidəçi mövqe tutmayacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью