Ərdoğan Beynəlxalq Ədalət Zirvəsində iştirak edəcək

09.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda keçiriləcək Beynəlxalq Ədalət Zirvəsinin ikinci günkü sessiyasında iştirak edəcək.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, müxtəlif ölkələrin ədliyyə nazirlərini və sahə ekspertlərini bir araya gətirən tədbirdə Prezident Ərdoğanın geniş nitqlə çıxış edəcəyi gözlənilir.

Prezident Ərdoğan daha sonra Çerkezköy-Kapıkule Sürətli Qatar Xəttinin açılışında iştirak edəcək.

Məlumata görə, layihənin istifadəyə verilməsi ilə yüksək sürətli dəmir yolunun birbaşa xidmət göstərdiyi şəhərlərin sayı 11-dən 14-ə qədər artacaq.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью