Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bıçaqlanaraq qətlə yetirilən 17 yaşlı Atlas Çağlayanın ailəsi ilə telefonla danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Ərdoğan mərhumun anası Gülhan Çağlayanla söhbətində cinayətkarların ən ağır cəzanı alması üçün prosesi şəxsən izləyəcəyini vurğulayıb: “Bu, bizi dərindən yaraladı, məkanı cənnət olsun.
Gələn həftəsonu İstanbula gələndə sizi ziyarət etmək istəyirəm”.
Prezident həmçinin hüquq-mühafizə orqanlarına hadisənin bütün təfərrüatlarının araşdırılması ilə bağlı xüsusi tapşırıq verdiyini diqqətə çatdırıb.
Xatırladaq ki, A. Çağlayan yanvarın 14-də çıxan mübahisə nəticəsində 15 yaşlı E.Ç. tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisə Türkiyə cəmiyyətində böyük rezonansa səbəb olub. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.